"Real"dan darmadağın     
                    
                     
                    
                        
                                         
             
            01:03  -  4 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Bu gün futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları keçirilib.
 İtaliya təmsilçisi “Yuventus” öz meydanında “Real Madrid”i qəbul edib.
Gərgin şəraitdə keçən oyunda ilk qol özünü çox gözlətmədi. Matçın 3-cü dəqiqəsində “Real”ın portuqaliyalı hücumçusu oyunda hesabı açdı – 0:1.
64-cü dəqiqədə Kriştianu Ronaldo “Yuventus”un qapıcısı Canluici Buffonun seyvindən sonra gözəl qolla seçildi – 0:2. 66-cı dəqiqədə meydan sahibləri azlıqda qaldı, hakim Cüneyt Çakır Dibalaya qırmızı kart göstərdi.
Nəhayət, oyunun sonuncu qolunu 72-ci dəqiqədə madridlilərin braziliyalı müdafiəçisi Marselo vurdu.
İspaniyada paralel keçirilən oyunda “Sevilya” “Bavariya Münxen”i qəbul edib. Oyun Almaniya təmsilçilərinin qələbəsi ilə yekunlaşıb - 1:2.trend