Valverde "Roma" ilə oyunöncəsi Messinin durumundan danışdı     
                    
                     
                    
                        
                                         
             
            00:12  -  4 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında doğma meydanda İtaliyanın "Roma" komandası ilə görüşdə iştirak edəcək.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde "Futbol İtalia"ya açıqlamasında məlumat verib. O həmçinin Serxio Busketsin də sabahkı qarşılaşmada oynamaq ehtimalının olduğunu vurğulayıb:
"Messi "Roma"ya qarşı oynayacaq. O, əvvəlki günlərə nisbətən özünü daha yaxşı hiss edir. Busketsin iştirakı isə sual altındadır. Buna sabah qərar verəcəyik. Hər ikisi bizim əsas futbolçularımızdır".
Qeyd edək ki, "Barselona" - "Roma" matçı aprelin 4-ü Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.