Mühərrik blokunun relesində, eləcə də ventilyatorun relesində qeydə alınan qüsurlarla bağlı
"Mitsubishi" şirkəti Rusiyada 40 minə yaxın avtomobili geri çağırıb. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu qərar avtomobillərdə mühərrik blokunun relesində, eləcə də ventilyatorun relesində qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin fevralından 2017-ci ilin fevralınadək satılmış "ASX” və “Outlander" modellərinə şamil olunur.
Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.