Qriqorçuk: ""Qarabağ"la mübarizə aparmağa çalışırıq"

20:46 - 2 Aprel 2018 - İDMAN

“Bu gün qalib gəlmək istəyirdik. Çünki strateji baxımdan qələbə çox lazım idi. Qarşıdakı çətin, gərgin qrafikli oyunlar, kubok görüşləri öncəsi qalib gəlsəydik, psixoloji cəhətdən də daha asan olardı. Lakin bu gün heç-heçə qeydə alındı. Oyunu analiz edəcəyik". Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 21-ci turunda "Sumqayıt"la bərabərə qaldıqları oyundan (1:1) sonra deyib. "Razıyam ki, “Qarabağ” güclü komandadır. Lakin biz də əlimizi yanımıza salmayıb, bu komandayla mübarizə aparmağa çalışırıq" - deyə o bildirib.  Daha sonra ukraynalı mütəxəssis deyib: "Bu gün çox yaxşı, ideal oynadığımızı deyə bilmərəm. Bu, hücumda daha çox olmaq, ön xətdə güclü oynamaq, topa nəzarət etmək, rəqib qapısında kəskinlik yaratmaq deməkdir. Belə oyun olduğunu deyə bilməsəm də, futbolçularıma da iradım yoxdur. Matç zamanı da, əvvəl də görünürdü ki, oyunçular qarşılaşmaya ciddi yanaşır, çalışırlar. Hücumun sonluğunda daha güclü oynamalıyıq”.

Xəbər xətti