Lavrov: "Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur"
16:20 - 2 Aprel 2018 - DÜNYA
Böyük Britaniya, ABŞ və onların arxasınca kor-koranə gedənlər bütün ədəbi kənara ataraq açıq yalana qaçırlar. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib:
“Məncə indi bizim qərb tərəfdaşlarımız – ilk növbədə Böyük Britaniya, ABŞ və onları kor-koranə təqib edən digər ölkələri nəzərdə tuturam - bütün ədəb qaydalarını kənara tullayaraq açıq yalana, dezinformasiyaya qaçırlar. Biz bunlara kifayət qədər sakit, soyuqqanlı cavab veririk. Təkid edirik ki, istənilən ittihamları, iddiaları faktlarla əsaslandırmaq lazımdır”.
Lavrov bəyan edib ki, Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur. O bildirib ki, Qərb ölkələri rus diplomatları uydurma bəhanlərlə ölkələrindən qovublar. XİN başçısı diplomatların çıxarılmasını Qərb ölkələrinin “uşaq oyunu” adlandırıb.