ABŞ-ın yeni dövlət katibi vəzifəsinin icrasına başlayıb
14:06 - 1 Aprel 2018 - DÜNYA
Martın 31-də ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo rəsmən vəzifəsinin icrasına başlayıb.
APA-nın "Amerikanın səsi" radiosuna istinadən verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru M. Pompeo hələ ki, dövlət katibi kimi xarici siyasətlə bağlı proqramını təqdim etməsə də, ABŞ KİV-ləri onu sərt və mühafizəkar siyasətçi kimi xarakterizə edir.
Sələfi Reks Tillersondan fərqli olaraq. M. Pompeonun prezident Donald Trampla fikir ayrılığı yoxdur. R. Tillersona isə artıq yeni iş təklifləri ünvanlanmağa başlayıb. Texasda universitetlərdən biri sabiq dövlət katibinə ali təhsil müəssisəsinin Müşahidə Şurasına rəhbərlik etməyi təklif edib.
Qeyd edək ki, D. Tramp R. Tillersonun istefaya göndərilməsinin xarici siyasətlə əlaqədar dövlət katibi ilə arasındakı fikir ayrılığı ilə izah edib.