"Bavariya"dan darmadağın     
                    
                     
                    
                        
                                         
             
            00:17  -  1 Aprel   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Almaniya Bundesliqasında 28-ci turun oyunları davam edir.
Turun mərkəzi qarşılaşması Münhendə keçirilib. "Bavariya" Dortmund "Borussiya"sını qəbul edib. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
"Bavariya" - "Borussiya" - 6:0
Qollar: Robert Levandovski, 5, 44, 87, Xames Rodriqes, 14, Tomas Müller, 23, Frank Riberi, 45
Qeyd edək ki, turnir cədvəlinə 69 xalla "Bavariya" başçılıq edir. "Şalke" 52 xalla 2-ci, "Borussiya" (Dortmund) 48 xalla 3-cüdür.
Qol.az