Qubaya 26 sm qalınlıqda qar yağıb

10:41 - 31 Mart 2018 - Xəbər

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki,  bölgəyə qar yağmağa başlayıb. Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.   Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir.  

Xəbər xətti