17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yarışa qatılacaq. Ucnoqta.az Apasport.az saytına istinadən xəbər verir ki, yığmamız bu məqsədlə gələn ay Bosniya və Herseqovinaya yollanacaq.
Belə ki, Ramin Quliyevin yetirmələri UEFA-nın inkişaf turnirində mübarizə aparacaqlar. Aprelin 10-da start götürəcək yarış 5 günü əhatə edəcək.
Millimiz turnirdə ev sahibləri Bosniya və Herseqovina ilə yanaşı, Xorvatiya və Makedoniya ilə üz-üzə gələcəklər. Komandamız aprelin 3-də yığışacaq. Yığma Bosniya və Herseqovinaya isə aprelin 8-10-da yollanacaq.