BŞİH müxalifətin mitinqinə icazə verdi

17:14 - 28 Mart 2018 - Xəbər

BŞİH aksiyanın martın 31-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 31-də mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 31-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

 
Qeyd edək ki, Milli Şura martın 31-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

Xəbər xətti