Dünən səhər saatlarında İsmayıllı rayonunda evdən çıxaraq oxuduğu məktəbə gedən və geri qayıtmayan 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu tapılıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Bilal Nağıyev itkin kimi qeydiyyata alınaraq onun axtarışına başlanılıb. Bu barədə mətbuat orqanları və telekanallarda məlumat verildikdən sonra Bilal Nağıyev tapılıb. Onun səhhətində heç bir problemin olmadığı bildirilir. Valideynlərinə təhvil verilən B.Nağıyev yaşadığı evə qayıtsa da, bir sutka ərzində harada olması barədə heç bir məlumat verməyib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.