Bacısını bıçaqlayan şəxsin məhkəməsi keçirilib

12:47 - 28 Mart 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində boşanan bacısını öldürməyə cəhd etməkdə təqsirləndirilən Camal Əliyevə cəza istənilib.

Hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək C.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə 2017-ci iyul ayında Bakının Nizami rayonunda baş verib. 1990-cı il təvəllüdlü Tahirə Əliyeva qardaşı, 1996-cı il təvəllüdlü Camal Əliyev tərəfindən bıçaqlanıb. Gürcüstan vətəndaşı olan Camal Əliyev bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.

Hadisə qısqanclıq zəminində baş verib. T.Əliyeva bir neçə ay əvvəl ərindən ayrılıb və ayrı evdə yaşamağa başlayıb. Ərindən ayrılan qadın müxtəlif ünvanlarda işləməyə başlayıb. Gürcüstanda yaşayan Camal bunu eşidərək Bakıya gəlib və bacısını izləyib. O, bacısına işləməyi və başqa kişi ilə münasibət qurmasını qadağan etsə də, Tahirə buna etiraz edib. Əsəbləşən Camal bacısına 13 bıçaq zərbəsi vurub. T.Əliyevanın 2, C.Əliyevin 1 azyaşlı övladı var.qafqazinfo

Xəbər xətti