Messi 6-cı qoldan sonra tribunanı tərk etdi     
                    
                     
                    
                        
                                         
             
            09:20  -  28 Mart   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Futbol üzrə Argentina millisi və "Barselona" (İspaniya) klubunun hücumçusu Lionel Messi yoldaşlıq matçında İspaniyanın argentinalıların qapısına vurduğu 6-cı qoldan sonra (6:1) tribunanı tərk edib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Messi məşq zamanı cüzi zədə aldığından oyunda iştirak edə bilməyib.
İspaniyaya məğlubiyyət Argentina üçün antirekordun təkrarı olub.
1958-ci ildə Argentina eyni hesabla Çexoslovakiyaya, 2009-cu ildə isə Boliviyaya məğlub olub.