Bakıda nəhəng LAYİHƏ - Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşəcək

08:52 - 28 Mart 2018 - Xəbər

Bakıda daha bir magistral yol layihəsi reallaşacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək. 8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək. Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.

Xəbər xətti