"Mercedes" Rusiyada satılmış 4400 avtomobiçlini geri çağırıb

21:18 - 27 Mart 2018 - Xəbər

"Mercedes Benz" də avtomobilləri geri çağırdı - Təhlükəsizlik yastıqlarında problem


"Mercedes Benz" şirkəti 4400-dən çox avtomobilini geri çağırıb. Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2013-2017-ci illərdə Rusiyada satılmış C və GLC modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Bu, 2018-ci ilin əvvəlindən “Mercedes”in təhlükəsizlik yastıqları ilə əlaqədar dördüncü geri çağırma kampaniyasıdır. Bu müddət ərzində 25 minə yaxın avtomobil geri çağırılıb.

Xəbər xətti