lmaniyanın paytaxtı Berlindəki şahmat tacına iddiaçılar turnirində bu gün sonuncu - 14-cü turun görüşləri keçiriləcək.
  
                       
                                             
                                                        
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşacaq. Təmsilçimiz qara fiqurlarla oynayacaq.Çempionluq şansını saxlayan Məmmədyarov bunun üçün mütləq qalib gəlməli, Fabiano Karuana isə  Aleksandr Qrişukla oyunda uduzmalıdır.
İddiaçılar turniri 
                       
                                             
                            
                            
14-cü tur
Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)
Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ)
Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ)
Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin)
Turnir cədvəli: Karuana - 8, Məmmədyarov, Karyakin - 7.5 xal; Dinq - 7; Qrişuk – 6,5; Kramnik - 6; So – 5,5; Aronyan – 4.
qol.az 
                       
                                             
                            
                            
 
                       
                       
                    
