Hüseyn Bağırov Ucarda qəbul keçirəcək

18:18 - 27 Mart 2018 - Xəbər

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ucar rayonunda vətəndaşları qəbul edəcək. 

Ucnoqta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, qəbul mart ayının 30-u saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 153) olacaq. Qəbulda Ucar, Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Kürdəmir şəhəri, 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Heydər Əliyev prospekti 20) ilə əlaqə saxlaya bilərlər. 

Xəbər xətti