Gimnastlarımız Fransada üçüncü oldular     
                    
                     
                    
                        
                                         
             
            16:22  -  26 Mart   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərində keçirilən ənənəvi Qran-pri yarışlarında çöxnövçülük proqramında bürünc medala sahibləniblər.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 16 ölkənin iştirak etdiyi turnirdə (24-25 mart) Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun ilk icra etdiyi 3 top - 2 iplə kompozisiya onlara 15.050 xal qazanzdırıb. Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17.050 xal almağa müvəffəq olublar.
Bununla da iki hərəkətin yekununda hesaba 32.100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.