Bu gün Məmmədyarov həlledici görüşünə çıxır
12:36 - 26 Mart 2018 - İDMAN
Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin XIII turunun görüşləri keçiriləcək.
Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək.
On bir turdan sonra hər iki qrossmeyster çinli Din Lijenlə birgə 6,5 xalla 3-5-ci yerləri bölüşdürür. Görüşü məğlub başa vuracaq şahmatçı turnirin qalibi olma şansını faktiki olaraq itirəcək.
Turun digər görüşləri:
Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya)
Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan)
Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya)
Hazırda turnir cədvəlinə hərəyə 7 xala malik Karyakin və Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Din Lijen hərəyə 6,5 xalla 3-5-ci yerləri bölüşür. Kramnik 5,5 xalla 6-cı, So 5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir.