Azərbaycan millisi məğlub olub

00:42 - 23 Mart 2018 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.  Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Kosovo yığmasının qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarlı hava şəraitində keçən qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 54-cü dəqiqədə Florent Hasani, 61-ci dəqiqədə isə Besfort Kölgeci fərqlənib. Bununla da Sadıqov U-21 yığmasındakı ilk rəsmi sınağında məğlubiyyətlə üzləşib. Beləliklə, 5-ci qrupda 7 oyundan sonra xallarını 10-a çatdıran Kosovo ikinci pilləyə yüksəlib. Azərbaycan yığması isə 6 oyundan 1 xalla sonuncudur. Sadıqovun komandası növbəti oyununu martın 27-də səfərdə İrlandiyaya qarşı keçirəcək. Avropa çempionatı Seçmə mərhələ, V qrup 22 mart 22:00. Kosovo - Azərbaycan - 2:0 Qollar: Florent Hasani, 54. Besfort Kölgeci, 61 Report

Xəbər xətti