Beyl Uels millisində rekorda imza atdı     
                    
                     
                    
                        
                                         
             
            23:05  -  22 Mart   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Uels milli komandasının ulduz futbolçusu Qaret Beyl yoldaşlıq oyununda Çini 6:0 hesabı ilə məğlub etdikəri oyunda tarixə düşüb.
"Report"un məlumatına görə, bu qarşılaşmada 3 qol vuran Qaret Beyl milli komanda tarixində ən çox qol vuran futbolçu olub.
İspaniyanın "Real Madrid" klubunda çıxış edən yarımmüdafiəçi yığmada 69-cu matçında 29-cu qolunu vuraraq Uels millisinin sabiq futbolçusu İan Raşı geridə qoyub.