Hakimi söyən baş məşqçi cəzalandırılıb     
                    
                     
                    
                        
                                         
             
            13:14  -  21 Mart   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            Türk əsilli isveçrəli baş məşqçi Murat Yakın ağır cəza alıb. Apasport.az saytının məlumatına görə, “Qrasshopers”in çalışdırıcısı hakimi söydüyü üçün cəzalandırılıb.
 
İsveçrə çempionatının 24-cü turunun “Lozanna” ilə oyununda insident zamanı hakimi təhqir edən Yakın 3 matçda texniki zonadan komandasını idarə edə bilməyəcək.
 
Maraqlıdı ki, həmin görüşdə eyni səbəbdən Muradın kiçik qardaşı və köməkçisi Hakan Yakın da cəzalandırılıb. Onun uzaqlaşdırılma müddəti isə 5 matç olub.