“Real” ona 60 milyon ödəməyə hazırdı     
                    
                     
                    
                        
                                         
             
            12:21  -  21 Mart   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            İspaniyanın “Real” klubu yeni qapıçı axtarışlarını davam etdirir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kral klubu “Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir. Bunun üçün qarşı tərəfə 60 milyon avro ödəməyə razıdır.
“Real” 25 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Oyunçuya isə illik 5 milyon avro maaş təklif edir.
Xatırladaq ki, Alissonu heyətinə qatmaq uğrunda İngiltərinin “Liverpul” klubu da mübarizə aparır.