Bakıda Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçiriləcək

11:46 - 17 Mart 2018 - Xəbər

"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında təşkil ediləcək III biznes-foruma hazırlıq gedir". Ucnoqta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. Onun sözlərinə görə, tədbir iyunun 5-də Bakıda baş tutacaq: "Belə biznes-forumların təşkil edilməsi iş adamlarının bir-birini daha yaxından tanıması üçün mühümdür. Çünki forum biznes əlaqələrini təşviq edir. Xeyli sayda qonaq gözləyirik".

Xəbər xətti