Çempionlar Liqasının final oyununa biletlərin satışına başlanıldı     
                    
                     
                    
                        
                                         
             
            11:05  -  17 Mart   2018 -  İDMAN
                    
                    
                                                                  
                                                  
                            
                            UEFA Ukraynanın paytaxtı Kiyev şəhərində mayın 26-da keçiriləcək Çempionlar Liqasının final oyununa biletlərin satışı açıq elan edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.
Məlumata əsasən, biletlərin qiyməti 70-450 avro arasında olacaq.
Qeyd edək ki, UEFA-nın rəsmi saytı vasitəsilə satışa cəmi 5 min bilet çıxarılıb.