Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarının keçirilmə tarixləri dəqiqləşib.
Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan az sonra cütlərin hansı günlərdə oynayacağı müəyyənləşib.
“Sevilya” – “Bavariya” və “Yuventus” – “Real” cütləri ilk oyunlarını aprelin 3-də, cavab matçlarını isə 11-də keçirəcək. “Barselona” – “Roma” ilə “Liverpul” – “Mançester Siti” duelləri isə aprelin 4-də və 10-da baş tutacaq.