Biləsuvarda yanğın olub

01:20 - 17 Mart 2018 - Xəbər

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib. Ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 10 m2 sahədə, altına yığılmış 3 ton ot bağlamasının 2 tonu və yaxınlıqda yerləşən, ümumi sahəsi 292 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1 otağında kitab rəfi yanıb. Talvarın, ot bağlamasının qalan hissəsi və ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti