Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunub. Püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko yardımçı olub. Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:
"Barselona” (İspaniya) - "Roma” (İtaliya)
"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya) - "Real Madrid” (İspaniya)
"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
Qeyd edək ki, ilk oyunlar adları birinci göstərilən komandaların meydanlarında aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq. report