Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 19-cu turu haqqındakı qərarlar bəlli olub.
“Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb.
“Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub. “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.