“Samsunspor”un üzvü Ufuk Budakın Azərbaycan millisinə dəvət aldığını xəbər vermişdik.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, lakin o, millinin martın 23-də Belarusla, 27-də Makedoniya ilə yoxlama görüşləri üçün toplanışa qatılmayacaq.
Buna səbəb Budakın zədələnməsidir. Ufuk özü AFFA-ya zəng edərək bu matçlarda iştirak edə bilməyəcəyini deyib.