Kot-d'İvuar millisinin və “Çelsi” klubun sabiq üzvü Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu mövsümün sonunda futbolla vidalaşacağını bildirib.
“Bu mənim sonuncu sezonum olacaq. Artıq 40 yaşım var. Vaxt yetişib”,- deyə Droqba qeyd edib.
Qeyd edək ki, Droqbaının son klubu ABŞ-ın “Finiks Rayzinq” olacaq. O, karyerası ərzində “Çelsi”, “Qalatasaray” kimi komandalarda çıxış edib.