Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinlə qarşılaşıb.
Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0.
Turun digər görüşləri belə nəticələnib:
Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0
Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.
İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.
II turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək.