Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq

12:20 - 10 Mart 2018 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, son oyun günü iki matç baş tutacaq. Əvvəlcə “Bayıl Arena”da debütant “Səbail” ilə “Sumqayıt” üz-üzə gələcək. Turnir cədvəlində 17 xalla 6-cı pillədə qərarlaşan meydan sahibləri ilk iki dövrədə rəqibinə qol vura bilməyib. Sumqayıtdakı görüş qolsuz heç-heçə ilə bitdiyi halda, 28 xalla 4-cü pillədə qərarlaşan qonaqlar səfərdə 2:0 hesabı ilə qalib gəliblər.

 

Həftənin mərkəzi oyunu “Azərsun Arena”da olacaq. Burada lider “Qarabağ”la “Zirə” qarşılaşacaq. Hazırda 45 xalla zirvədə qərarlaşan Ağdam klubu “üçlüyü” qapayan qəsəbə təmsilçisini 13 xal qabaqlayır. Üstəlik, bu komandaların çempionat oyunlarındakı statistik göstəricilərində də son çempionunun dominantlığı aşkar görünür. “Zirə” “Qarabağ”la əvvəlki 10 dueldə qələbə qazana bilməməklə yanaşı, son 4 səfər qarşılaşmasında qol da vura bilməyib.

 

Azərbaycan Premyer Liqası

 

XIX tur

 

10 mart (şənbə)

 

17:00. “Səbail” – “Sumqayıt”

 

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov

 

AFFA nümayəndəsi: Nüvər Xasıyev

 

Hakim-inspektor: Məhəmməd Məmmədov

 

“Bayıl Arena”

 

19:00. “Qarabağ” – “Zirə”

 

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov

 

AFFA nümayəndəsi: Namiq Məstanov

 

Hakim-inspektor: Əli Hüseynov

 

“Azersun Arena”

Xəbər xətti