Qurban Qurbanov Ufuk Budakı milliyə qaytardı

11:59 - 10 Mart 2018 - İDMAN

Türkiyə I Liqasında çıxış edən “Samsunspor” klubunda çıxış edən Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə müdafiəçinin millimizin Belarus və Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı qeyd edilib.

 

28 yaşlı futbolçu martın 18-də, “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq.

 

2011-ci ildən millimizin üzvü olan Ufuk, 17 görüşdə yığmamızın şərəfini qoruyub. O, sonuncu dəfə 2016-cı il mayın 26-da keçirilmiş Andorra ilə yoxlama oyununda (0:0) millimizin formasını geyinib.

Xəbər xətti