“Keşlə”nin baş məşqçisi istefa verdi? — Müəmmalı açıqlama

10:25 - 10 Mart 2018 - İDMAN

"Uşaqlar yaxşı oynadılar. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik. Amma sonda 3-cü qolu buraxdıq".
 

"Ucnoqta.az"-ın "Ölkə.Az"a istinadən məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqanın 19-cu turunda "Neftçi"yə uduzduqları oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.
 

Məğlubiyyətdə özünü günahlandıran ukraynalı mütəxəssis "Keşlə"dən ayrılacağına eyham vurub: "Öz səhvimi etiraf etmək istəyirəm. Denis Silvanı dəyişməklə səhv etdim. O, zədə aldı, yorulduğunu hiss etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədir. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalarıma qapılıb, başqa sözlər demək istəmirəm. Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə "sağ ol” deyirəm”.

Xəbər xətti