“Ümidsiz, əlacsız gözləyirik” - Böyükağa Hacıyevin oğlu

15:34 - 9 Mart 2018 - İDMAN

“Neftçi”nin sabiq baş məşqçisi və AFFA Klublar Komitəsinin üzvü Böyükağa Hacıyevin durumu daha da ağırlaşıb. 
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya oğlu Yusif Hacıyev məlumat verib. 
 

O bildirib ki, atası reanimasiyadadır: “Atamın əziyyəti ağırdır. Reanimasiyadadır. Həkimlər də gözləyir ki, bəlkə nəsə dəyişiklik oldu. Allah heç kimə belə dərd verməsin. Ümidsiz, əlacsız gözləyirik”.

Xəbər xətti