Bu gün Topaz Premyer Liqasında XIX tura start veriləcək.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun aşılış oyunu Gəncədə keçiriləcək. "Kəpəz" doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edəcək. Qış fasiləsindən sonra ilk qələbəsini ötən turda qazanan Yunis Hüseynovun komandası qeyri-stabil çıxışı ilə diqqət çəkən rəqibi önündə sensasiya etməyə çalışacaq. Son iki matçda qələbə qazana bilməyən "qırmızı-qaralar" isə bu uğursuzluğa son qoymaq niyyətindədirlər.
Günün son oyununda isə "Neftçi" və "Keşlə" üz-üzə gələcək. Qələbə Tərlan Əhmədovun yetirmələrinə daha çox lazımdı. Əks təqdirdə 4-cü pillədəki "Sumqayıt" "ağ-qaralar" üçün əlçatmaz olacaq. "Neftçi" son 5 qarşılaşmada olduğu kimi, yenə rəqibini xalsız qoymağa çalışacaq.
Topaz Premyer Liqası
XIX tur
9 mart (cümə)
15:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu