AFFA danışılmış oyunlarla bağlı xüsusi anonim e-mail açıb. 
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov XXV Hesabat Konfransında bildirib. O, futbol ictimaiyyətini bu cür hallarla rastalaşan zaman AFFA-ya məlumat verməyə səsləyib: “Bugündən etibarən email açılıb. Şübhəli məqamlar varsa, yazın. Bu cür məlumatları bildirmirsizsə, onda siz də bu işin iştirakçısı olursunuz”. 
                       
                                             
                                                        
