Bu gün AFFA-nın XXV Hesabat Konfransı keçiriləcək

09:50 - 7 Mart 2018 - İDMAN

Bu gün AFFA-nın XXV Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, "Bulvar otel”də baş tutacaq tədbir saat 10:00-da start götürəcək. AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 

- Prezident tərəfindən salamlama 

- Yığıncağın tərkibinin yoxlanılması 

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması - Maliyyə hesabatının təsdiq olunması 

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq 


- Növbəti ilin büdcəsinin təsdiq olunması 

- Hər hansı vakant vəzifəyə seçkilər 

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması 

- Digər məsələlər

Xəbər xətti