Çempionlar Liqasında ilk iki 1/4 finalçı məlum oldu

09:42 - 7 Mart 2018 - İDMAN

Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunu keçirlib.
 

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, bu iki oyunla 1/4 finala yüksələn iki komandanın adı məlum olub.
 

Parisdə PSJ turnirin son qalibi “Real”la üz-üzə gəlib. Madirddə keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan Fransa klubu çətin durumda idi. "Kral klubu" səfərdə də qalib gəlmklə mərhələ adlayıb. 
 

Günün digər matçında isə “Liverpul” “Portu”nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda 5 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

6 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları
 
23:45. PSJ (Fransa) – “Real” (İspaniya) 1:2
Qollar: Ronaldo, 51 (0:1), Kavani, 71 (1:1), Kazemiro, 80 (1:2)

İlk oyun – 1:3
23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0 
İlk oyun – 5:0

Xəbər xətti