“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinin heyətinə dəvət alıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, martın 20-də Bolqarıstanda keçiriləcək təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, Bosniya millisi martın 23-ü səfərdə Bolqarıstan, martın 27-si isə Fransada Seneqalla yoxlama oyunları keçirəcək.