AFFA İntizam Komitəsi "Qəbələ" və "Neftçi" klublarını cəzalandırıb.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, buna iki komanda arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVIII tur matçında baş verənlər səbəb olub. "Neftçi" 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.
"Qəbələ" isə 83-cü dəqiqədə Yusif Nəbiyevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması ilə əlaqədar 200 manat cəriməyə məruz qalıb. Nəbiyevin özü isə "Kəpəz"lə növbəti tur matçını buraxmalı olacaq.