“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt klubu ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq Topaz Premyer Liqasının 19-cu turunun matçının yerinin dəyişdirilməsini istəyib.
PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib:
Topaz Premyer Liqasının 19-cu turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə 8-ci km stadionunda keçirilsin.
19-cu turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.