Nazir idmançıları mükafatlandırdı

15:49 - 5 Mart 2018 - İDMAN

Bu gün Milli Olimpiya Komitəsində MOK-un bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib.

"Ucnoqta.az"-ın "Ölkə.Az"a istinadən məlumatına görə, tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunub. Əvvəlcə gənclər və idman naziri Azad Rəhimovla MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülənləri mükafatlandırıblar. Onlar daha sonra "Əməkdar məşqçi", "Əməkdar idman ustası" fəxri adlarını təqdim ediblər.
 

Qeyd edək ki, tədbirdə 8 nəfərə respubika dərəcəli hakim, 9 nəfərə əməkdar idman ustası, 31 nəfərə əməkdar məşqçi, 16 nəfərə isə idman işçisi adı verilib. Mükafatçılar sırasında "Sabah" futbol klubunun baş məşqçisi, yeniyetmələr arasında Avropa çempionu Arif Əsədov da var. Ona əməkdar məşqçi fəxri adı verilib.
 

Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar verilib.

Xəbər xətti