“Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq işlərinin 70 faizi tamamlanıb”
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov aprelin 27-29-da Bakıda təşkil olunacaq Azərbaycan Qran Prisi barədə danışarkən deyib.
O bildirib ki, artıq yarış üçün tirbunlar qurulub və heç bir geçikmə, problem yoxdur: “Ötən illə müqayisədə əyləncə proqramında yenilik olacaq. Əvvəl dünyanın tanınmış müğənniləri Bakı Bulvarında çıxış edirdilər. Amma bu il yarış apreldə keçiriləcək. Hava şəraitini nəzərə alaraq əyləncə proqramı “Baku Crystal Hall”da təşkil ediləcək".
Qeyd edək ki, “Formula 1” üzrə dünya Qran Prisinə martın 25-də Avstraliyada start veriləcək.