Yayda Bakıda Beynəlxalq Ordu Oyunları keçirləcək

23:50 - 5 Mart 2018 - İDMAN

Yayda Bakıda Beynəlxalq Ordu Oyunları keçirləcək.

Bu il keçiriləcək Beynəlxalq Ordu Oyunları Bakıda da qeyd ediləcək. "Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, 2018-ci ilin Beynəlxalq Ordu Oyunları 28 iyul-11 avqust tarixləri arasında Rusiya, Belarus, Azərbaycan, İran, Çin və Qazaxıstanda keçiriləcək.
 

Artıq Rusiyanın paytaxtı Moskva şəhərində RF Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsevin rəhbərliyi ilə oyunların hazırlıq konfransı da keçirilib.
 

. Konfransda ərazilərində bir sıra müsabiqələrin keçirilməsi planlaşdıırlan Azərbaycan, Belarus, İran, Qazaxıstan, Çinin hərbi qurumlarının nümayəndə heyətləri, eləcə də Asiya, Afrika, Avropa və Amerikanın digər ölkələrinin hərbi attaşeləri iştirak ediblər.
 

General-leytenant İ.Buvaltsev oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə 9 ölkədən 74 komandanın müraciəti barədə məlumat verib. Oyunlar zamanı 28 beynəlxalq müsabiqə keçiriləcək, onlardan 17-si Rusiya ərazisində olacaq.
 

Konfrans çərçivəsində general-leytenant İ.Buvaltsev Beynəlxalq Ordu Oyunlarının iştirakçıların döyüş hazırlığının artmasına töhfə verdiyini və heç də az əhəmiyyətli olmayan müxtəlif ölkələrin hərbçiləri arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirdiyini vurğulayıb.

Xəbər xətti