İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Siti" evdə "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, xəbər verir ki, oyundan sonra "şəhərlirlər"in baş məşqçisi Pep Qvardiola matçdan sonra açıqlama verib. İspan mütəxəssis Premyer Liqada çempion olacaqlarınım dilə gətirib: "Premyer Liqanın son qalibinə qarşı oynadıq.
Rəqibə yaxşı təzyiq göstərdik. Əks-hücumlara diqqət yetirdik. Çempion olmağımıza az qaldı. Sakit və səbrli olmalıyıq. Bu qələbə ilə hədəfə bir addım da yaxınlaşdıq. Daha dörd qələbəyə ehtiyacımız var. Bu qarşılaşmadakı kimi oynasaq, çempionluğu rəsmiləşdirəcəyik".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın turnir cədvəlinə 78 xalla başçılıq edir və 2-ci pillədəki "Liverpul"u 18 xal qabaqlayır.