Türkiyənin “Konyaspor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Ucnoqta.az" “Report”aa istinadən xəbər verir ki, Super Liqanın XXIV turunda evdə “Yeni Malatyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra müqaviləsinə xitam verilən Mehmet Özdileki Sərgən Yalçın əvəzləyib.
46 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, “Konyaspor” hazırda 21 xalla 16-cı pillədə qərarlaşıb.