"Konyaspor" baş məşqçi Mehmet Özdiləklə yollarını ayırıb.
"Ucnoqta.az" Apasport.az-a istinadən bildirir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidir.
Superliqanın XXIV turunda doğma azarkeşləri önündə "Yeni Malatyaspor"a məğlubiyyət (0:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə rəhbərlik təcili iclas keçirərək, Özdiləki qovmaq qərarına gəlib.
Qeyd edək ki, "Konyaspor" 24 turdan sonra 21 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.