“Bazarstore”nin “Bizim Market”i alması xəbəri təkzib edildi

17:40 - 28 Fevral 2018 - Xəbər

“Bazarstore” MMC “Bizim Market” mağazalar şəbəkəsini alması haqqında yayılan məlumatları təkzib edib.
 

“Bazarstore” MMC-dən Ucnoqta.az-a verilən xəbərə görə, təkzib məlumatında deyilir: "Son zamanlar bəzi Kütləvi İnformasiya Vasitələrində və sosial səbəkələrdə “Bizim Market” mağazalar şəbəkəsinin Bazarstore MMC tərəfindən alınmasına dair həqiqətə uyğun olmayan, şayə xarakterli məlumatlar dərc edilib. “Bazarstore” MMC olaraq bildiririk ki, bu barədə yazılanlar uydurmadan başqa bir şey deyildir. Şirkətimiz qeyd edilən məsələ ilə əlaqədar heç bir danışıqlarda iştirak etməmiş, hər hansı görüş keçirməmiş və belə bir niyyəti də olmamışdır. “Bazarstore” olaraq yazılanlara görə təəssüf edirik və “Bizim Market” şəbəkəsinə işlərində uğurlar arzulayırıq".  

Xəbər xətti